“Green Fresh MMC” şirkəti Bazar iqtisadiyyatı prinsipləri, rəqabətlilik və kənd təsərrüfatının yeni texnologiyalarla inkişafı, bir çox ölkədə olduğu kimi Azərbaycanda da istixana təsərrüfatlarının yaradılmasında mühüm rol oynayır. 2001-ci ildə fəaliyyətə başlayan istixanamız kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ixracın genişləndirilməsində xüsusi yer tutur. Green Fresh MMC ölkəmizdə tərəvəz məhsulları istehsal edən müasir tipli istixana kompleksidir.İstixana modern şəkildə yüksək keyfiyyətə və son texnologiyalara əsaslanaraq “HOOGENDOORN” sistemli ilə təchiz olunub. Hazırda 7 ha ərazidə müasir tipli istixana sahələri salınıb. İstixanada saatda 32 ton su təmizləmə imkanı olan osmos sistemi qurulmuşdur. Istixanalar Hollandiyadan gətirilən tüllər vasitəsilə tamamilə örtülüdür. Bu isə zərərvericilərin içəri daxil olmasına imkan vermir. İstixanada heç bir kimyəvi preparatlardan istifadə olunmur. Kompleksdə məhsulların qablaşdırılması istehsal olunan tərəvəzin keyfiyyətini itirmədən istehlakçılara çatdırılmasına imkan verir. Tam avtomatlaşdırılmış istixana kompleksinə yerli və xarici mütəxəssislər tərəfindən nəzarət olunur. İstehsal olunan məhsullar kompleksdə çeşidlənir, emal edilir, qablaşdırılır və istehlakçılara çatdırılır. Kompleksdə istehsal olunan tərəvəz məhsullarının daxili bazarla yanaşı, xarici ölkələrə ixracı da həyata keçirilir. Hazırda Rusiya və Belorusiyaya ixrac olunan məhsulların gələcəkdə Avropa dövlətlərinə də ixracı nəzərdə tutulur.