Aqro kompleks 4-cü nəsil istixanalardan ibarətdir.
Hollandiya, Türkiyə, İtaliya, İspaniya, Almaniyanın qabaqcıl innovativ texnologiyalarından istifadə olunur.
“Hogendoorn” (Hollandiya) istixana idarəetmə sistemi bu günün ən qabaqcıl texnologiyalarındandır.
Bütün proseslər, o cümlədən havalandırma, istilik, suvarma və gübrələmə, termal və kölgələmə pərdələri tam avtomatlaşdırılmışdır.
Bitkilərin suvarılması üçün xüsusi hovuzlarda toplanan təmizlənmiş yağış sularından istifadə olunur.
Suvarmada drenaj suyunun təkrar istifadəsində və bitkilərin karbon qazı ilə təminatında avtomatlaşdırılmış sistem tətbiq edilir.
Tozlandırma prosesi xüsusi arılar tərəfindən aparılır.
Kənd təsərrüfatı məhsullarının yetişdirilməsində yalnız təbii və hormonsuz üsullardan istifadə olunur.
İstehsal gigiyenik və ekoloji standartlara uyğundur.